2020-ci ilin oktyabr ayı ərzində 8.7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
Banker.az məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Cari ilin yanvar-oktyabr ayları ərzində 158.7 milyon ABŞ dolları həcmində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib.
Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 11.7% artım deməkdir.