Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan ilə Aİ ölkələri arasında son bir ilin ticarət dövriyyəsinə dair məlumatları bölüşüb.
Bu barədə səfir feysbukda yazıb.
“Aİ 2022-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. İndicə təzə statistik məlumatlar əldə etmişəm: Azərbaycanın idxalının 52 %-i, ixracının isə 65.6 %-i Aİ-nin payına düşür. İndiyədək əldə edilmiş ən yüksək nəticə!”, – paylaşımda deyilir.