26 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanın özəl banklarının kredit qoyuluşunda payı azalıb

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 873.7 mln manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.4% çoxdur.

Kredit qoyuluşunun 11 mlrd 855 mln manatı və yaxud 79.7%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 3.5% çoxdur. Özəl bankların kredit qoyuluşdakı payı isə 80.4%-dən 79.7%-ə enib.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 642 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9.2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17.0%-dən 17.8%-ə qalxıb.

Son xəbərlər
Digər xəbərlər