2021-ci ilin mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 620 mln manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə isə kredit qoyuluşu 15 mlrd 696 mln manat olub ki, bu da illik müqayisədə kredit qoyuluşunun 7% azdır.
Kredit qoyuluşunun 11 mlrd 443 mln manatı və yaxud 78.3%-i özəl bankların payına düşüb. Özəl bankların kredit qoyuluşdakı payı isə 81.1%-dən 78.3%-ə enib.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 804 mln manat təşkil edib. Bu isə 2020-ci ilin fevral ayına nisbətən 9.4% çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16.3%-dən 19.2%-ə qalxıb.