5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın özəl sektorunda işləyənlərin sayı dövlət sektorundan azdır

2019-cu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5196,9 min nəfər olmuş, onlardan 4945,1 min nəfərini məşğul əhali təşkil edib.

Banker.az xəbər verir ki, cari il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1639,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 909,5 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.

2018-ci ilin müvafiq dövründə isə iqtisadiyyatın dövlət sektorunda 883,2 min nəfər, qeyri-dövlət sektorunda isə 669,5 min nəfər təşkil edib. Belə ki, bu il dövlət  və qeyri-dövlət sektorunda çalışanların sayı artıb.

İqtisadiyyatın neft-qaz sektorunda 35,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

Son xəbərlər
Digər xəbərlər