17 C
Baku
Thursday, October 23, 2025

Azərbaycanın pambıq şirkəti bölünür, yeni şirkət yaradılacaq

“Kürdəmir – Pambıq” ASC-nin səhmdarlarının ümumi yığıncağı 28 noyabr 2025-ci il tarixdə saat 11-00 da Kürdəmir rayonu, Kürdəmir şəhəri, Sabir küçəsi, ev 12 ünvanında yerləşən inzibati binasında keçirələcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdarların cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması.

2. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və yeni nizamnamələrin təsdiqi. 3. İcra orqanlarının formalaşdırılması.

4. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiqi.

5. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.

6. Digər məsələlər.

Son xəbərlər
Digər xəbərlər