8 C
Baku
Saturday, January 10, 2026

Azərbaycanın pambıq yağı ixracı azalıb

2025-ci ilin ilk üç rübündə Azərbaycanın xam pambıq yağı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

Banker.az xəbər verir ki, ixracın miqdarı 1 810,24 tona düşərək 2024-ün 3747,4 ton göstəricisindən təxminən 51,7% geriləyib.

Dəyər üzrə də azalma daha dərin olub: ixrac 954,35 min dollar təşkil edib ki, bu da əvvəlki ilin 2,446 mln. dollarlıq göstəricisindən təxminən 61% aşağıdır.

Orta ixrac qiyməti 2025-də ton üzrə 527 dollar olub, halbuki 2024-də bu göstərici 652 dollara çatırdı. Beləliklə, orta qiymət təxminən 19,2% enib.

Ölkələr üzrə strukturda da ciddi dəyişikliklər müşahidə olunub. 2025-də ixracın əsas hissəsi Türkiyəyə yönəlib (1 467 ton, 761,55 min dollar), halbuki bu istiqamət ötən ilin siyahısında yer almırdı.

Qırğızıstana ixrac tonla 76,8%, dəyərlə 79,4% azalıb. Tacikistana göndərişlər tonla 66,7%, dəyərlə 75,2% geriləyib. 2024-də mövcud olan Özbəkistan və Gürcüstan istiqamətləri isə 2025-də ümumiyyətlə görünmür.

Son xəbərlər
Digər xəbərlər