2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 81 faizini təşkil edib. 2022-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 36 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,6 milyon ABŞ dolları ilə Fransa, 3,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,9 milyon ABŞ dolları ilə BƏƏ və 1,2 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.