2022-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə $24 milyon dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ini təşkil edib. 2022-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə $2.3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə $6 milyon ilə Birləşmiş Krallıq, $5.3 milyon ilə Fransa, $4 milyon ilə Lüksemburq, $2.1 milyon ilə BƏƏ və $1.3 milyon ilə Pakistan qərarlaşıb.