2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,9 milyon ABŞ dolları ilə Fransa, 3,3 milyon ABŞ dolları ilə Lüksemburq, 1,8 milyon ABŞ dolları ilə BƏƏ və 1,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.