23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanın peykdən gəlirləri 4 dəfə artıb

2020-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

Bu öncəki illə müqayisədə gəlirlərin 4,2 dəfə artması deməkdir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

8
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər