30.06.2025-ci il tarixində saat 10:00-da “Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi yığıncağı (qiyabi səsvermə formasında) keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 ünvanında baş tutacaq.
“Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 6.6 ve 6.7-ci maddəsinə uyğun olaraq səsvermənin qiyabi şəkildə keçirilməsi nəzərdə tutulub. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir.
1. Ümumi yığıncağın sədri və katibin seçilməsi.
2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.
3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi.
4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi.
5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi
6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi.
7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1 ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.