8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın plastik kart bazarı araşdırılıb – NƏTİCƏLƏR

Visa şirkəti tərəfindən Azərbaycanda kontaktsız ödənişlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb. Belə ki, araşdırmanın nəticəsinə görə:

  • Azərbaycanda əhalinin çox hissəsinin yalnız bir kartı var. 19% insan 2 və daha karta sahibdirlər.
  • kart sahiblərinin 50% həftədə azı bir dəfə və ya bir neçə dəfə kartı istifadə edir
  • 17% insan yaxın bir ildə kart açmağı planlaşdırır

İnsanların kart açan zaman üstünlük verdikləri amillər aşağıdakılardır:

  • 89% bankın etibarlılığı və stabilliyi
  • 86% internet hücumlarından təhlükəsizliyi
  • 83% nağdlaşdırma zamanı aşağı komissiya (kart sahibi bankda)
  • 83% karta mədaxil edilən vəsaitin tez bir zamanda hesaba oturması
  • 83% bank filiallarının və terminallarının uyğun yerlərdə yerləşməsi
  • 79% kənar bank terminalları vasitəsi ilə vəsaitin nağdlaşdırılması zamanı aşağı faiz
  • 79% karta mədaxil zamanı aşağı komissiya
  • 78% bir bank daxilində p2p köçürmə zamanı aşağı komissiya
  • 77% kartın istifadəsi ilə bağlı şəffaf qaydalar
  • 76% müxtəlif banklar arası p2p köçürməsi zamanı aşağı komissiya

Azərbaycanlıların banklardan gözləntiləri nədir?

  • sərfəli kredit şərtləri
  • kartlar üzrə sərfəli şərtlər (nağdlaşdırma, karta mədaxil, köçürmə və s.)
  • depozitlər üzrə cəlbedici faizlər
  • daimi müştərilər üçün xüsusi imtiyazlar ( bonus və endirimlər)
  • ödəniş kartlarının geniş funksionallığı (həmçinin xarici köçürmələr)

Azərbaycanlılar kartı hardan əldə edirlər

  • bank filial və şöbələrindən (57%)
  • iş yerindən (10%)
  • bank saytından (9%)
  • bankın mobil tətbiqindən (6%)
  • internet bankin vasitəsi ilə (6%)

Azərbaycanlıların kartdan xərclədikləri vəsaitinlərin TOP 10 kateqoriyası

  • xaricidən alış-veriş
  • internet mağazalarda və onlayn xidmətlərin alışı
  • telekommunikasiya
  • kommunal xidmətlər
  • vergi, cərimə və yığımlar
  • elektron avadanlıqlar mağazası
  • yanacaqdoldurma məntəqələri
  • supermarketlərdə alış-veriş
  • hotel və kirayə evlər (koteclər)
  • geyim və ayaqqabı mağazaları

Visa по картам в Азербайджане для рассылки scaled

Son xəbərlər
Digər xəbərlər