10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın plastmas satışından gəlirləri ikiqat artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90 milyon  238 min ABŞ dolları dəyərində plastmassa  və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixrac edilən məhsulun miqdarı 117 min 227 ton olub ki, illik müqayisədə plastmassa  və onlardan hazırlanan məmulatların ixracı 43 milyon 856 min ABŞ dolları və yaxud 58 min 277 min ton artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 46 milyon 383 min ABŞ dolları dəyərində 58 min 950 ton plastmassa və onlardan hazırlanan məlumatlar ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər