İstixanalarda pomidor yetişdirən “Agroterm” MMC -nin nizamnamə Kapitalı 1 000 000 AZN məbləğində azaldılması qərara alınıb.
Banker.az xəbər verir ki, nəticədə “Agroterm” MMC -nin nizamnamə kapitalı 19 milyon 91 min 765 manata düşüb. Şirkət 20 milyon 91 min 765 manat kapitala malik idi.
Qeyd edək ki, ötən ay şirkət nizamnamə kapitalını 4 milyon 620 min 690 manat azaltmışdır.
Xatırladaq ki, 2017-ci ildən fəaliyyət göstərən “Agroterm” MMC-nin Baş meneceri Elmar Əliyevdir.