22 C
Baku
Tuesday, July 2, 2024

Azərbaycanın pul bazası 59 mln manat azaldı

1 noyabr tarixində Azərbaycanda pul bazası 11 587,4 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlində 444 mln manat artmasına baxmayaraq, son 1 ay ərzində 58.8 mln manat azalıb.

O cümlədən, dövriyyədə olan nağd pullar azalaraq 10 993,9 mln manata, bank ehtiyatları isə 564,5 mln manata düşüb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları azalaraq 434,5 mln manat, məcburi ehtiyatlar isə 11.5 mln manat artaraq 130,0 mln manat təşkil edib.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər