25 C
Baku
Saturday, October 5, 2024

Azərbaycanın pul bazası azaldı

1 oktyabr tarixində Azərbaycanda pul bazası 11 646,2 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlindən 504 mln manat yəni 5% artmasına baxmayaraq, son bir ay ərzində 218 mln manat azalıb.

O cümlədən, dövriyyədə olan nağd pullar azalaraq, 11 042,3 mln manata,bank ehtiyatları isə 593,2 mln manata düşüb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da azalmağa doğru dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları 474,7 mln manata, məcburi ehtiyatlar isə 118,5 mln manat təşkil edib. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 94,8%-ə bərabər olub.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

baza

Son xəbərlər
Digər xəbərlər