“Eden Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunduğunu elan edib.
Banker.az xəbər verir ki, “CPC” MMC-nin fəaliyyətinə xitam verilərək “Eden Agro” MMC-yə qoşulması nəticəsində sözügedən cəmiyyət yenidən təşkil olunub.
Qeyd edək ki, “Eden Agro” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 154 591 371.4 manat təşkil edir və qanuni təmsilçisi İslamzadə Nəsib Malik oğludur.
Xatırladaq ki, “CPC” MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir.






