15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın qaz ixracından gəliri 44% azalıb

2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 19 milyard 935 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, o cümlədən 12 milyard 762 milyon dollarlıq xam neft, 6 milyard 848 milyon dollarlıq təbii qaz ixrac edilib.

2023-cü ilin yanvar-okyabr aylarında  Azərbaycandan 26 milyard 633 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 13 milyard 786 milyon dollarlıq xam neft, 12 milyard 272 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.

Beləliklə, bu ilin 10 ayında xam neft ixracından gəlir 7.4% azalıb, qaz ixracından gəlir isə 44% azalıb.

Son xəbərlər
Digər xəbərlər