2022-ci ilin 8 ayında (yanvar-avqust dövründə) Azərbaycanın 26 milyard 245 milyon dollarlıq ixracın 24 milyard 359 milyon dolları və ya 92.82%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında 13 milyard 724 milyon dollarlıq xam neft, 10 milyard 318 milyon dollarlıq təbii qaz ixrac edilib.
Ötən ilin eyni dövründə 8 milyard 499 milyon dollarlıq xam neft, 2 milyard 350 milyon dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 61.5%, təbii qaz ixracından isə 4.4 dəfə artıb.