2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib. Bu, qeyri–neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.