“İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların təşviqi ilə bağlı görülən işlər qeyri neft-qaz sektoru üzrə ÜDM-ə müsbət təsir göstərib. Bu göstərici cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 9.689,9 mln. manata çatıb”.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb.