12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac edən şirkətlərin reytinqi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqini təqdim edib.

Banker.az Mərkəzə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Şimal AqroPark” MMC, “Rose Servis” MMC, “ZR-78 Company” MMC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Son xəbərlər
Digər xəbərlər