Bu ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 milyon ABŞ dolları), İsveçrəyə (27,8 milyon ABŞ dolları), Türkiyəyə (25,1 milyon ABŞ dolları), Gürcüstana (7,6 milyon ABŞ dolları) və İran (6,9 milyon ABŞ dolları) ixrac edilib.
Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.
Bu ilin yanvar-sentyabr ayında isə qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi Rusiya (485.9 milyon ABŞ dolları), Türkiyə (252 milyon ABŞ dolları), İsveçrə (166.1 milyon ABŞ dolları), Gürcüstan (99.6 milyon ABŞ dolları), Çindir (33.4 milyon ABŞ dolları)