6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanın qiymətli kağızlar bazarı son ildə 24% böyüyüb

Bakı Fond Birjasında 2021-ci ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,148,135,711 manat təşkil edib.

Bu barədə Banker.az BFB-yə istinadən xəbər verir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 24%, repo əməliyyatları üzrə isə 243%, İpoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ilkin bazar ticarət həcmində 567% , bu korporativ qiymətli kağızların təkrar bazar ticarət həcmində isə 181% böyümə qeydə alınmışdır. 2021-ci ilin noyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% artaraq  4,255,001,032  manat təşkil etmişdir.

  BFB-nin ticarət dövriyyəsinin cədvəli

 Əməliyyatlar 01.01.2021-30.11.2021 01.01.2021-30.11.2021
Əqdlərin həcmi (₼) Əqdlərin sayı Əqdlərin orta günlük** həcmi (₼) Əqdlərin orta günlük sayı
1. Dövlət qiymətli kağızları 6,851,010,508 2,046 31,283,153 9.34
1.1. İlkin bazar 5,838,771,918 1,333 26,661,059 6.09
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 1,446,152,237 530 6,603,435 2.42
ARMB* qiymətli kağızları 4,392,619,681 803 20,057,624 3.67
1.2. Təkrar bazar 1,012,238,590 713 4,622,094 3.26
Dövlət istiqrazları 868,733,767 687 3,966,821 3.14
ARMB qiymətli kağızları 143,504,824 26 655,273 0.12
2. Korporativ qiymətli kağızlar 651,379,177 4,857 2,974,334 22.18
2.1. İlkin bazar 505,260,652 993 2,307,126 4.53
2.1.1. Səhmlər 24,270,000 77 110,822 0.35
2.1.2. İstiqrazlar 480,990,652 916 2,196,304 4.18
–  İpoteka istiqrazları 200,000,000 9 913,242 0.04
–  Digər istiqrazlar 280,990,652 907 1,283,062 4.14
2.2. Təkrar bazar 146,118,525 3,864 667,208 17.64
2.2.1. Səhmlər 13,573,141 3,491 61,978 15.94
2.2.2. İstiqrazlar 132,545,384 373 605,230 1.70
–  İpoteka istiqrazları 62,909,939 3 287,260 0.01
–  Digər istiqrazlar 69,635,445 370 317,970 1.69
3. Repo əməliyyatları 6,645,746,025 3,925 30,345,872 17.92
Dövlət istiqrazları üzrə 6,320,957,970 3,832 28,862,822 17.50
ARMB qiymətli kağızları üzrə 321,155,443 80 1,466,463 0.37
Korporativ qiymətli kağızlar üzrə 3,632,613 13 16,587 0.06
Cəmi (1+2+3) 14,148,135,711 10,828 64,603,359 49.44
–  o cümlədən: ilkin bazar 6,344,032,570 2,326 28,968,185 10.62
–  o cümlədən: təkrar bazar 1,158,357,115 4,577 5,289,302 20.90
–  o cümlədən: repo əməliyyatları 6,645,746,025 3,925 30,345,872 17.92

 

Son xəbərlər
Digər xəbərlər