2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın qonşu ölkələrində dollar ucuzlaşır

Rusiya, Gürcüstan və Türkiyədə dolların ucuzlaşması müşahidə edilir.

Rusiya hərraclarında rubl bu gün əsas rəqiblərinə qarşı möhkəmlənib.

Banker.az Rusiyanın maliyyə bazarlarına istinadən xəbər verir ki, dollar/rubl məzənnəsi 14 qəp. enərək 59,09 səviyyəsində qərarlaşıb.

Oxşar yazı: Valyuta hərracı bitdi, Azərbaycanda dollar kəskin ucuzlaşdı

Avrozonanın vahid valyutası avro dollarla paralell ucuzlaşıb. Belə ki, 19 qəp. ucuzlaşaraq 63,06 rubl olub.

Türkiyədə…

Türkiyədə də, dollar ucuzlaşıb. Günə 3,74 ilə başlayan dollar türk lirəsinə qarşı ucuzlaşaraq 3,7164 TRY olub.

Gürcüstanda…

Ümümiyyətlə bu həftəyə USD/GEL cütlüyündə eniş müşahidə edilir.

Banker.az Gürcüstan Milli Bankının son açıqlamasına istinadən xəbər verir ki, dollar/lari ötən gün 2,6656 səviyyəsindən enərək 2,6627-də qərarlaşıb.

Gürcüstanda manat/lari məzənnəsi isə 1,4292 səviyyəsindən 1,4589 səviyyəsinə kimi yüksəlib.

Son xəbərlər
Digər xəbərlər