17 C
Baku
Friday, October 18, 2024

Azərbaycanın quşçuluq şirkəti 5 min manatadək cərimələnə bilər

“Hacıqabul Quşçuluq Şirkəti” MMC idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Banker.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

İş Hacıqabul Rayon Məhkəməsində hakim Zaur Hüseynovun icraatındadır.

Son xəbərlər
Digər xəbərlər