2023-cü ildə Azərbaycanın regionlarında vergi yığımı 2022-ci illə müqayisədə 11% çox olub.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ötən il regionlardan 1.5 milyard manat vergi yığılıb.