-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın reklam bazarı tarixi maksimuma yüksəlib – 201 mln. manat!

Azərbaycanın reklam bazarı 2023-cü ildə öncəki illə müqayisədə təqribən 40 faiz böyüyüb. Bu barədə Banker.az-ın arşadırmasında bildirilir.

2022-ci ildə 143.86 milyon manat olan bu bazar, 2023-cü ildə daha 57.27 mln. manat artımla 201.13 milyon manata çatıb ki, bu da ölkə tarixində ən yuxarı göstəricidir.

Bildirilir ki, bunun da 182.97 milyon manatı reklam fəaliyətinin üzərinə düşüb.

Reklam informasiyasının hazırlanmasından 56.93 mln. manat, reklamın yerləşdirilməsindən 56.36 mln. manat və reklamın yayımlanmasından 69.68 mln. manat gəlir əldə edilib.

Yayımda, açıq məkanda yayımlanan reklamdan 33.7 mln. manat,  nəqliyyat vasitələrində yayımlanan reklamdan 11.57 mln. manar və kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan 24.41 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü illə bağlı məlumatları təsdiqləyir.

Televizyada reklam gəlirlərinin həcmi illik müqayisədə 50% artımla 22.38 mln. manat təşkil edib. Öncəki ildə 14.97 mln. manat olmuşdu.

Keçən il 22.9 min reklam müqaviləsi bağlanmış, reklamlar üzrə şirkətlərin maya dəyəri 161.49 milyon manat olub.

345345435

Son xəbərlər
Digər xəbərlər