Azərbaycan bu il Rusiyadan idxal etdiyi taxtanın qiyməti ortalama 35% artıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin ilk dörd ayında Rusiyadan uzununa doğranmış şam ağacının hər kub metri 154 ABŞ dolları təşkil edib. Bu da öncəki illə müqayisədə 29% yüksəkdir. İdxal edilmiş şam ağacının həcmi 120.12 min kub-m. olmaqla 18.5 mln. dollar təşkil edib ki, bu da idxal həcminin bu il 25% düşməsi deməkdir.
Uzununa doğranmış ağ şamın hər kubu da 32% bahalaşaraq 155 dollar olub. Cəmi idxal həcmi illik müqayisədə 38% azalmaqla 64.57 min kub-m. olub, bunun da dəyəri 9.98 mln. dollar olub.
Ağacdan hazırlanan DSP-nin idxal həcmi 7% artmaqla 35.59 min kub-m. olub, bunun da dəyəri 8.77 mln. manat olub. Bu materialın hər kubunun qiyməti isə 11% bahalaşmaqla 246 dollar olub.
Fanerin bir kubu isə 2022-ci ilin ilk dörd ayında 31% bahalaşmaqla bir kubu 506 dollar olub.
MDF-in 5 mm-ə (idxal həcmi: 523 min kv.-m, idxal dəyəri 0.73 mln. dollar) qədər olanın kvadrat metri 35% bahalaşaraq 1.39 dollar, 5-9 m olanı (1.15 mln. kv-m, 5.37 dollar) 18% bahalaşaraq 4.66 dollar, 9 mm-dən çox olanı (372 min kv-m, 2.84 mln. dollar) isə 33% bahalaşaraq 7.64 dollar olub.