2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın səfirliklərinin mühafizəsi üçün xərclərin artırılması təklif olunur

“Azərbaycanın səfirliklərinin mühafizəsi gücləndirilməli, bunun üçün xərclər artırılmalıdır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Elşən Musayev deyib.

“Düzdür, səfirliklərimizin təhlükəsizliyinin gücləndilməsini yerləşdikləri ölkələr təmin etməlidir. Ancaq son vaxtlar baş verən hadisələrə görə bunu biz təmin etməliyik. Təklif edirəm ki, gələn ilin dövlət büdcəsindən səfirliklərimizin mühafizəsi üçün xərclər artırılsın”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər