Bu ilin yanvar-may aylarında Azərbaycan xaricə $9 mln. 274.91 min dəyərində 14 448 ton 45 kq şəkər satıb ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 42.9% və 54.3% azalıb. Belə ki, ötən ilin ilk 5 ayında xaricə ixrac olunan şəkərin dəyəri $16 mln. 255.02 min, miqdarı isə 31 670 ton 16 kq təşkil edirdi.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, təkcə bu ilin may ayında Azərbaycan 448 ton şəkər ixrac edib və şəkər ixracından gəlir $277.76 min olub.