-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın sənayesi istehsalı illik 2.7% düşsə də, iyul ayı “ümidli” start verib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında 21.6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2.7% az sənaye məhsulu istehsal edilmişdir. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Lakin, 2020-ci ilin 7-ci ayında sənaye istehsalı ilə bağlı rəqəm bir qədər ümidvericidir. 31 gündən ibarət iyul ayında Azərbaycanda sənaye istehsalının həcmi 3.2 mlrd. manat təşkil edib, halbu ki, öncəki may ayında 2.5 mlrd. manat və iyun ayında 2.9 mlrd. manat olub. Ümumilikdə isə, iyul ayındakı göstərici hətta koronavirus pandemiyasının ölkə sərhədlərinə daxil olduğu mart ayından da yaxı olub.

223445 1
Foto: Banker.az. Rəqəmlər DSK-yə istinad edilir.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4.3% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13% artmışdır.

Sənaye məhsulunun 61%-i mədənçıxarma sektorunda, 32.7%-i emal sektorunda, 5.5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6.5% azalmış, əmtəəlik qaz hasilatı isə 13.3% artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7.8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2.1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92.5%, maşın və avadanlıqların istehsalı 64.9%, kompüter, elektron və optik məhsulların istehsalı 42.8%, sair nəqliyyat vasitələrinin istehsalı 57.7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 41%, tütün məmulatlarının istehsalı 27.6%, kağız və karton istehsalı 24.9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19%, kimya sənayesi məhsullarının istehsalı 18.8%, geyim istehsalı 15.8%, elektrik avadanlıqlarının istehsalı 5.1%, toxuculuq sənayesi məhsullarının istehsalı 0.4% artmış, hazır metal məmulatlarının istehsalı 0.5%, neft məhsullarının istehsalı 0.9%, qida məhsullarının istehsalı 1.5%, tikinti materiallarının istehsalı 4.8%, poliqrafiya məhsullarının istehsalı 5.9%, içkilərin istehsalı 7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 13.2%, mebel istehsalı 13.8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43.1% azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11.8% artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0.5% azalmışdır.

Son xəbərlər
Digər xəbərlər