8 fevral 2021-ci il saat 10.00-da “Gəncə Şərab-2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Hüquqi şəxsin yenidən təşkil edilərək təşkilati-hüquqi formasını dəyişməsi və “Gəncə Şərab-2” ASC-nin MMC-yə çevrilməsi.
2. Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
3. Digər məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materiallarını və yığıncağın gündəliyinə daxil olunan məsələlərlə bağlı təklifləri əldə etmək üçün “Gəncə Şərab-2” ASC-yə Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvana müraciət etmək olar.
Əlaqə telefonu-(022)-255-07-01. Səhmdarların növbədənkənar ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvanda, “Gəncə Şərab-2” ASC-nin inzibati binasında keçiriləcəkdir.