10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın şərab şirkəti mənfəətdən zərərə keçdi

“Göyçay Şərab” ASC 2020-ci ili 818 min 334 manat zərərlə başa vurub. Halbuki, ASC 2019-cu ili 1 milyon 165 min 968 manat mənfəətlə bağlamışdır.

Banker.az ASC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Göyçay Şərab”ASC-nin əsas əməliyyat gəlirləri 2019-cu ildə 12 milyon 945 min manat ikən, 2020-ci ildə 882 min 67 manat təşkil edib (15 dəfəyə yaxın azalıb).

2019-cu illə müqayisədə 2020-ci ildə “Göyçay Şərab” ASC-nin cəmi aktivləri 35% artaraq 19 milyon 854 min manata yüksəlib.

Şərab şirkətinin cəmi öhdəlikləri illik müqayisədə ötən il 35% artaraq 18 milyon 234 min manat, cəmi kapitalı isə 34% artaraq 1 milyon 620 min manata çatıb.

“Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur.

1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə “Göyçay Şərab” ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir.

Son xəbərlər
Digər xəbərlər