“Kürdəmir Şərabları ENR” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Kürdəmir Şərabları ENR” MMC-nin vergi borcu 267 770.73 manatdır.
Qeyd edək ki, bu şirkət 2019-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Eltun Kərimovdur.