5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın şərab zavodunun rəhbəri dəyişdi

Cəlilabadda şərab istehsalı həyata keçirən “Cəlilabad Şərab-2” ASC-nin (Jalilabad Wine-2) İdarə Heyətinin sədri dəyişib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə şərab şirkətinin İdarə Heyətinə bundan sonra Məmmədəli Qocayev Göyuş oğlu sədrlik edəcək. O bu vəzifədə Mustafa Mustafayev Əlirza oğlunu əvəz edib.

Şərab istehsal edən bu səhmdar cəmiyyət bir neçə ildir ki, İdarə heyətinin dəyişdirilməsi ilə bağlı elanlar verirdi. Sonuncu dəfə iclas 2022-ci ilin fevralında bu məsələ ilə bağlı toplanacağı elan edilmişdi.

“Cəlilabad Şərab-2” ASC 1999-cü ildə yaradılıb və Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatdadır. Şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir.

Zavod “Şərq Mirvarisi”, “Hasilli” və “Nargiz” kimi şərab brendlərinə sahibdir. Bununla paralel vodka və digər spirtli içkilər də istehsal edir.

Son xəbərlər
Digər xəbərlər