14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın sabiq nazirinin uşaqları Londonda $20 milyonluq əmlak alıb

Londonda yerləşən dəbdəbəli mağaza “Harrods” yaxınlığında Azərbaycanın sabiq Milli təhlükəsizlik nazirinin (nazirlik ləğv edilib) qızı və oğluna məxsus 17 milyon funt sterlinq (20 milyon dollar üzərində) dəyərində ev alınıb.

Banker.az xəbər verir ki, bunun “The Guardian” bugünkü məqaləsində yazıb. Qəzet deyir ki, istintaq araşdırmalar bunu ortaya qoyur.

2019-cu ilin noyabr ayında hakerlər tərəfindən Kayman Milli Bankından çıxarılmış və daha sonra internetdə dərc olunmuş müştəri faylları göstərir ki, Mahmudovun ailəsi təqribən 100 mln. avroluq biznes və daşınmaz əmlak imperiyası qurub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi, “Finance Uncovered” jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatının birgə araşdırması nəticəsində məlum olub ki, bu əmlakın demək olar hamısı Mahmudovun oğlu 36 yaşlı Anar və qızı 31 yaşlı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər vasitəsilə əldə edilib.

harrods
Harrods Ticarət Mərkəzi

2016-ci ildə ortaya qoyulan fayıllarda hamısının “Britannia Group Ltd.” Şirkətinə məxsus olduğu və bunun da Mahmudov ailəsinə aid edilir.

2014-cü ilin oktyabr və 2015-ci ilin iyul ayları arasında Amerika qitəsindəki Britaniya Torpağı olan Kayman adalarında yerləşən “Britannia Group Ltd.”-yə 14 milyon funt  sterlinq həcmində sabiq nazirin oğlu Anar Mahmudov tərəfindən depozit yatırılıb.

Digər araşdırmalarda isə iki ofis olmaqla ümumi dəyəri 13,5 milyon funt sterlinq dəyərində olduğu qeyd edilir.

Araşdırmalar həmçinin onu da göstərir ki,  Anar Mahmudov tərəfindən Londonun qərbində olan Naytsbridcin Pon küçəsində 17,35 milyon funt sterlinq dəyərində dördmərtəbəli daşınmaz əmlak aldğı qeyd edilir.

Qəzet onu da qeyd edir ki, Anar Mahmudov həmçinin Londonda Horrods-da 16 milyon funt sterlinq alış-verişi ilə tanınan Zamirə Hacıyavanın kürəkənidir.

Son xəbərlər
Digər xəbərlər