15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın sement nəhənginin aktivləri azalaraq 8 il öncəkindən də aşağı düşüb

Azərbaycanın ən iri sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2 illik ardıcıl zərərdən sonra nəhayət mənfəətə keçə bilib.

Banker.az bu barədə ASC-nin 2017-ci ilin illik hesabatına dair açıqladığı məlumata istinad edir.

Hesabata görə, 2017-ci ilin 4 rübü ərzində “Holcim Azərbaycan” ümümi satış gəlirlərini son 3 ilin ən yüksək həddina çatdırmaqla 107 mln. manat təşkil edib. Lakin, hələ də şirkət 4 il öncəki 134 mln. mmanata belə çatdıra bilməyib.

Beləliklə, “Holcim Azərbaycan” hesabat dövrü ərzində 1,8 mln. manat xalis mənfəət əldə edib.

Balansı kiçilməkdədir

“Holcim Azərbaycan”ın aktivləri azalmaqla 7 il öncəki göstəricilərdən belə aşağı düşüb. Belə ki, cəmi aktivləri hesabat dövründən əvvəlki dövürlə müqyisədə 6,21%, 6 il öncəki (2011) göstəricilərlə müqayisədə isə 23% kiçilərək 321,3 mln. manat təşkil edib.

Bildirək ki, cari akitvlərin göstəriciləri 2010-ci ilin göstəricilərindən belə aşağıdır. Halbu ki, həmin dövr ərzində 324 mln. manatdan çox idi.

Cəmi aktivləri 122,9 mln. manat təşkil edir ki, bunun da, 31,8 mln manatı səhmdarlar tərəfindən yatırılan nizamnamə kapitalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər