9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın seysmik zonalarında zəlzələ riski qiymətləndiriləcək

Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır:

“Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın seysmik zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş aparılacaq. Azərbaycan seysmogen bölgədir. Xəzər dənizi, Şamaxı, İsmayıllı, Lənkəran Astara, Gəncəbasar, Naxçıvan və digər bölgələrdə aktiv potensial zəlzələ ocaqları var. Ölkəmiz zəlzələ baxımından 8-9 ballıq ərazidə yerləşir. Buna görə də zəlzələlərin tədqiqatı və kadr hazırlığı sahəsində böyük irəliləyiş var”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər