8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb

2024-cü ilin yanvar-avqust ayında Azərbaycanda sığorta yığımlarının həcmi 927 milyon 732 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.5% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 499 milyon 954 min manat olub ki, bu da 44.5% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 846 milyon 854 min manat, sığorta ödənişlərinin həcmi isə 345 milyon 796 min manat olub.

Son xəbərlər
Digər xəbərlər