13 C
Baku
Sunday, October 20, 2024

Azərbaycanın sığorta bazarı 12,5% artıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 283,15 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az portalına daxil olan məlumatına görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur.

7 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 104,8 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyul aylarında 31 manat olub.

Son xəbərlər
Digər xəbərlər