18 C
Baku
Monday, September 16, 2024

Azərbaycanın sığorta bazarı 14% artıb

2015-ci ilin yanvar-mart aylarında, Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 134,8 milyon manat sığorta haqqı toplanıb. Banker.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumat verir ki, bu 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.

3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 35,75 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 26,5 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-mart aylarında 24,2 manat olub.

Son xəbərlər
Digər xəbərlər