Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 20 sığorta şirkəti 767.914 milyon manat məbləğində sığorta haqqı toplanılıb ki, bu da 15% artım deməkdir.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429.849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10% çoxdur.