12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın sığorta bazarı 24% böyüyüb

2023-cü ilin yanvar-fevral ayında Azərbaycanda sığorta yığımlarının həcmi 221 milyon 68 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 70 milyon 514 min manat olub ki, bu da 81% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 178 milyon 307 min manat, sığorta ödənişlərinin həcmi isə 38 milyon 936 min manat olub.

Son xəbərlər
Digər xəbərlər