Azərbaycanın sığorta bazarı 29% böyüyüb

2023-cü ilin yanvar-avqust ayında Azərbaycanda sığorta yığımlarının həcmi 846 milyon 854 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 345 milyon 796 min manat olub ki, bu da 22% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 654 milyon 918 min manat, sığorta ödənişlərinin həcmi isə 283 milyon 671 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər