17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanın sığorta bazarı 30%-dən çox böyüyüb

2023-cü ilin yanvar-aprel ayında Azərbaycanda sığorta yığımlarının həcmi 467 milyon 530 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30.3% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 134 milyon 602 min manat olub ki, bu da 44% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 358 milyon 771 min manat, sığorta ödənişlərinin həcmi isə 93 milyon 418 min manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər