12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın sığorta bazarı 32% böyüyüb

2023-cü ilin yanvar-iyun ayında Azərbaycanda sığorta yığımlarının həcmi 648 milyon 945 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 225 milyon 32 min manat olub ki, bu da 29% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 491 milyon 605 min manat, sığorta ödənişlərinin həcmi isə 174 milyon 923 min manat olub.

Son xəbərlər
Digər xəbərlər