2020-ci ilin yanvar-fevral ayında Azərbaycandakı 22 sığorta şirkəti ilə 190,744 milyon manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 44% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Cari ilin yanvar-fevralında sığorta şirkətlərinin ödənişlərinin məbləği isə 49,294 milyon manat təşkil edib. Belə ki, illik müqayisədə ödənişlərin məbləği 49% artıb.