-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın sığorta bazarı 5 ayda böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 355,907 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,5% çoxdur.

2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,2 manat olub.

Son xəbərlər
Digər xəbərlər